Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edildi
Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edilib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb hava limanına bomba qoyulması ilə bağlı xəbərin daxil olmasıdır.
Hava limanından
uçuşların müvəqqəti təxirə salındığı bildirilir.
Sərnişinlərdən
səsgücləndiricilər vasitəsilə gözləmə zalını tərk etmələri istənilib.
Gürcüstan
DTX-nın mətbuat xidməti təxliyənin təhlükəsizlik protokolu ilə əlaqəli olduğunu
açıqlayıb.
İnsidentlə
bağlı ölkənin Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti hələki
əlavə açıqlama verməyib.
tag: Gürcüstan, Tblisi, Hava Limanı, Bomba, Təxliyə, todaypress.az,