Tbilisidə güclü yanğın baş verdi

Dünya

30.04.2025 10:39

14

Tbilisidə “Vokzalnaya ploşad” metro stansiyası yaxınlığındakı bazarda güclü yanğın baş verib. Hadisə yerinə təxminən on yanğınsöndürmə briqadası cəlb olunub.

TodayPress xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb. 

Bildirilib ki, yanğın səhər saat 6 radələrində bazarın ikinci mərtəbəsində yerləşən ayaqqabı mağazasında başlayıb. Satıcılar alovun yayıldığı ərazini təxliyə etməyə çalışırlar.

Hadisənin səbəbi hələ ki, məlum deyil. Yaralananlar barədə informasiya verilməyib.

Qiymət Mahir

tag: Tbilisi,Metro,Yanğın ,Hadisə,todaypress.az,