Tehran: İqtisadi təzyiqlərə boyun əyməyəcəyik

Dünya

01.05.2025 20:10

11

“ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar Vaşinqtonun inkişaf etməkdə olan ölkələr arasında münasibətləri pozmaq niyyətindən xəbər verir”.

TodayPress xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi “Telegram” kanalında yayımlanan açıqlamasında bildirib. 

O, ABŞ-nin İrana və bu ölkə ilə iqtisadi əməkdaşlıq edən digər dövlətlərin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalarını qətiyyətlə pisləyib.

Diplomat bu tədbirləri “iqtisadi terrorizm” və “dost ölkələr arasındakı qanuni əlaqələrin pozulması cəhdi” kimi qiymətləndirib.

Bəqayi həmçinin qeyd edib ki, bu addım Vaşinqtonun diplomatik proseslərə səmimi yanaşmadığını və ziddiyyətli mövqe tutduğunu göstərir.

O vurğulayıb ki, İran xalqı təzyiq və qorxutma siyasətinə qarşı bütün imkanlarla mübarizə apararaq ölkənin müstəqil və ləyaqətli inkişafını davam etdirəcək.

Qiymət Mahir

tag: ABŞ,İran,Vaşinqton,İsmayıl Bəqayi,todaypress.az,