Tehran nüvə proqramını məhdudlaşdırmayacaq

Dünya

15.04.2025 13:14

19

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff  ilə Omanda dolayı danışıqlar zamanı deyib ki, Tehran nüvə proqramını məhdudlaşdırmayacaq.

TodayPress xəbər verir ki, bu barədə “Tehran Times” qəzeti məlumat yayıb.

Bununla yanaşı, Əraqçi bildirib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) nüvə obyektlərinə çıxışını təmin etməyə hazırdır.

tag: İran,Donald Tramp,ABŞ,Nüvə,todaypress.az,