Təklif irəli sürüldü: Aİ-nin vahid ordusu yaradılacaq?

Dünya

26.03.2025 17:52

1532

İspaniyanın Baş naziri Pedro Sançez Avropa İttifaqının (Aİ) vahid ordusunun yaradılmasını təklif edib. 

TodayPress xəbər verir ki, o, bu fikri parlamentin aşağı palatası olan Deputatlar Konqresində çıxışı zamanı səsləndirib.

Sançezin sözlərinə görə, dünya yeni geosiyasi böhranla üz-üzədir və bu vəziyyətə ABŞ-də Donald Trampın yenidən hakimiyyətə qayıtması ilə bağlı kurs dəyişiklikləri də təsir göstərir:

“Bu gün yeni böhranla qarşılaşırıq. Belə şəraitdə nə etməliyik? Avropa ordusu yaratmalıyıq – 27 üzv ölkənin vahid silahlı qüvvələri, bir bayraq altında, ortaq maraqlarla”.

O vurğulayıb ki, yalnız bu yolla Aİ “gerçək bir ittifaqa çevrilə” və bölgədə dayanıqlı sülhü təmin edə bilər.

Qiymət Mahir

tag: Avropa İttifaqı,Vahid,Ordu,Yaradılma,Todaypress.az,