Təl-Əviv ABŞ-yə narazılığını bildirdi

Dünya

28.03.2025 13:57

2180

ABŞ-nin Yəməndəki hərbi əməliyyatı ilə bağlı “Signal” messencerində aparılan yazışmaların bir hissəsi İsrailin təqdim etdiyi kəşfiyyat məlumatlarına əsaslanıb. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

İsrailin təqdim etdiyi məlumatlar Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatının liderlərindən birinin yerini əhatə edib.

Həmin məlumatlar İsrailin yerli mənbələrindən əldə olunub.

Təl-Əviv ABŞ-yə öz narazılığını bildirib və bu məlumatların ictimaiyyətə sızmasından məmnun olmadığını qeyd edib.

Qiymət Mahir

tag: İsrail,ABŞ,Signal,Etiraz,Todaypress.az,