Təl-Əvivdə raket hücumu təhlükəsi elan edildi
Raket zərbəsi təhlükəsi ilə əlaqədar Təl-Əviv də daxil olmaqla, İsrailin mərkəzində hava hücumu sirenləri səslənib.
TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri raketin Yəməndən atıldığını bildirib və hadisənin araşdırıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, bu, İsrail Hərbi Hava Qüvvələrinin Səna hava limanına endirdiyi zərbədən sonra Yəmənin "Ənsar Allah" (Husi) hərəkatının ilk belə hücumudur.
Töhfə Səməd
tag: Raket zərbəsi,Təl-Əviv,İsrail,Hücum,Yəmən,todaypress.az,