Tələbə çıxış zamanı infarkt keçirdi

Dünya

08.04.2025 13:31

10

Hindistanlı tələbə çıxış zamanı infarkt keçirib. 

TodayPress xəbər verir ki, bu barədə "The Indian Express" məlumat yayıb. 

Hadisə Hindistanın Maharaştra ştatının Daraşiv şəhərində kollecində baş verib. 

Belə ki, 20 yaşlı tələbə Varşa Xarat nitqinin yarısında səsi titrəməyə başlayıb.

Daha sonra o, huşunu itirərək yerə yıxılıb. 

İzləyicilər dərhal onun köməyinə gəlib. Hadisə yerinə gələn həkimlər tələbənin infarkt keçirdiyini bildirərək onu xilas edə bilməyiblər.   

Varşanın dayısının sözlərinə görə, onun ürəyində problem olub.

Tələbə 7 il əvvəl əməliyyat keçirib.

Buna baxmayaraq, o, aktiv həyat sürməyə və kollecdə oxumağa davam edib. 

Türkan İsgəndərli

tag: Hindistan,Tələbə,Çıxış,İnfarkt,Todaypress.az,