“Tesla” avtomobillərini geri çağırır
“Tesla” ABŞ-də 46 mindən çox “Cybertrucks” avtomobilini hərəkətdə olarkən qəza riskini artıran xarici panellə bağlı problemlərə görə geri çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” ABŞ Milli Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının bildirişinə istinadən məlumat yayıb.
Agentlik bildirib ki, bu, keçən ay istehsal olunan “Cybertrucks”lara aiddir.
Qeyd edək ki, avtomobil partiyasının geri çağırılması “Tesla”nın kapitallaşmasına mənfi təsir göstərə bilər.
Aysel Mətləb
tag: Tesla,Cybertrucks,Problem,Şirkət,ABŞ,Todaypress.az,