“Tesla” Çin bazarı üçün daha ucuz versiya hazırlayır

Dünya

14.03.2025 19:48

1244

“Tesla” Çində bazar payını artırmaq məqsədilə “Model Y” krossoverinin daha ucuz versiyasını hazırlayır. 

TodayPress xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ)  məlumat yayıb.

Bildirilib ki, yeni model bəzi funksiyalarından məhrum ediləcək və ya sadələşdiriləcək ki, bu da onun Şanxay zavodunda mövcud istehsal xətlərində hazırlanmasını mümkün etsin.

Büdcə versiyasının maya dəyərinin mövcud “Model Y”dən 20-30% daha aşağı olması gözlənilir.

Hazırda “Model Y”nin Çin bazarında 263 500 yuan (təxminən 36,4 min dollar) qiymətinə satıldığı nəzərə alınarsa, yeni modelin daha rəqabətqabiliyyətli qiymətə malik olacağı ehtimal edilir.

Test istehsalına 2025-ci ilin üçüncü rübündə başlanması, kütləvi istehsalın isə 2026-cı ilin əvvəlində həyata keçirilməsi planlaşdırılır.

Lakin “WSJ” mənbələrinin məlumatına görə, “Tesla”nın hazırkı “Model Y” satışlarını artıra bilməməsi bu cədvəli dəyişdirə bilər. 

Qiymət Mahir

tag: Tesla,Çin,Bazar,Test,Todaypress.az,