“Tesla” gerilədi
“BYD” növbəti dəfə gəlir baxımından “Tesla”nı geridə qoymağı bacarıb.
Todaypress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, ötən il Çin şirkəti 777 milyard yuan (107 milyard dollar) gəlir əldə edib.
Bu, bir il əvvəllə müqayisədə demək olar ki, üçdə bir qədər çoxdur və analitiklərin proqnozlarını üstələyir.
"Tesla"nın eyni dövrdəki gəliri isə 97,7 milyard dollarda dayanaraq 100 milyard dollara belə çatmayıb.
Aysel Mətləb
tag: Tesla,BYD,Gəlir,Azalma,Todaypress.az,