Tesla iflasa uğrayan “Manz AG”nin aktivlərini alır
“Tesla Inc.” iflas prosesində olan Almaniyanın avtomatlaşdırma sistemləri tədarükçüsü “Manz AG”nin bəzi aktivlərini alır.
TodayPress xəbər verir ki, bu barədə xaici KİV məlumat yayıb.
Bildirilib ki, şirkətin Almaniyadakı bölməsi “Tesla Automation GmbH”, “Manz AG”nin Röytlingen şəhərindəki istehsal sahəsini əldə edəcək.
Bununla yanaşı, “Tesla” 300-dən çox “Manz” işçisini işə götürəcək, lakin təxminən 100 nəfər işini itirəcək. Sazişin maliyyə şərtləri açıqlanmayıb.
Qeyd edək ki, son illərdə akkumulyator istehsalına böyük sərmayə qoyan “Manz AG” 2023-cü ilin dekabrında iflas etdiyini elan edib. Şirkət digər aktivlərini də sataraq kreditorlara olan borclarının bir hissəsini ödəməyi planlaşdırır.
Qiymət Mahir
tag: Tesla,Manz AG,Səhm,Satınalma,