"Tesla" Maskdan imtina edir? - İDDİA
Amerikalı milyarder İlon Mask "The Wall Street Journal" (WSJ) qəzetində yayımlanan elektrikli avtomobil şirkəti "Tesla"nın direktorlar şurasının yeni baş direktor axtarışına başladığı barədə xəbəri yalan adlandırıb.
TodayPress xəbər verir ki, bu barədə o, "X"da yazıb.
"The Wall Street Journal"ın qəsdən yalan məlumat dərc etməsi və "Tesla"nın direktorlar şurasından açıq-aşkar geri çəkilməsini daxil etməməsi etik standartların son dərəcə ciddi pozulmasıdır" deyə o bildirib.
Qeyd edək ki, qəzetin iddialarına əsasən, direktorlar şurasının qərarının "Tesla" səhmlərinin düşməsi və Maskın Amerika hökumətinin səmərəliliyinin artırılması üzrə departamentin kuratoru kimi onun fəaliyyətinə həddən artıq diqqət yetirdiyinə inanan bəzi investorlarının narazılığı ilə bağlı olduğu bildirilir.
Töhfə Səməd
tag: İlon Mask,Tesla,WSJ,İddia,todaypress.az,