“Tesla”nın bazar dəyəri 1 trilyon dollardan aşağı düşdü

Dünya

26.02.2025 13:44

1878

“Tesla” şirkətinin səhmləri fevralın 26-sı enişini davam etdirib və nəticədə avtomobil istehsalçısının bazar dəyəri son üç ayda ilk dəfə 1 trilyon dollardan aşağı düşüb. 

TodayPress xəbər verir ki, bu barədə “MarketWatch” məlumat yayıb.

Şirkətin səhmlərinin qiyməti 8,4% azalaraq 302,8 dollara düşüb ki, bu da 7 noyabrdan bəri ən aşağı göstəricidir. Günlük eniş isə 18 dekabrdan bəri ən kəskin azalma olub.

“Tesla” səhmlərinin ucuzlaşması əsasən Avropada satışların azalması ilə bağlı xəbərlərlə əlaqələndirilir.

Almaniyanın “VDA” ticarət qrupunun məlumatına görə, yanvarda “Tesla”nın yeni avtomobil qeydiyyatı 60% azalıb. Bu, Almaniyada ən azı 1 min avtomobil satan istehsalçılar arasında ən böyük geriləmə olub. Fransada isə “Tesla” satışları yanvarda 63% azalıb.

Böyük Britaniyada isə “Tesla” satışları yalnız 8% azalıb, lakin burada ümumi elektrik avtomobil bazarının 42% artması nəzərə alınır. 

Qiymət Mahir

tag: Tesla,Avtomobil,Qİymət,Şirkət,Almaniya,todaypress.az,