“Tesla”nın mərkəzində partlayıcı qurğular aşkarlandı
ABŞ-nin Texas ştatının Ostin şəhərində yerləşən, amerikalı sahibkar İlon Maska məxsus “Tesla” avtomobil satış mərkəzində bir neçə partlayıcı qurğu tapılıb.
TodayPress xəbər verir ki, bu barədə “ABC News” Ostin Polis Departamentinə istinadən məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları “şübhəli qurğular” aşkar edib, daha sonra çağırılan mütəxəssislər qurğuların həqiqətən partlayıcı olduğunu təsdiqləyib və onları zərərsizləşdirib.
Hadisə zamanı xəsarət alan olmayıb, fakt üzrə istintaq davam edir. ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) hadisədən sonra “Tesla”ya qarşı yönələn insidentlərlə mübarizə məqsədilə xüsusi qrup yaratdığını açıqlayıb.
FTB açıqlamasında bildirib ki, “Tesla”ya qarşı son hücumlar kimi zorakılıq, vandalizm və daxili terror aktları qanun çərçivəsində ciddi şəkildə təqib olunacaq.
Hüquq-mühafizə orqanlarındakı mənbənin “ABC”yə verdiyi məlumata görə, artıq “Tesla”nın satış mərkəzləri, avtomobilləri və elektrik doldurma məntəqələrinə edilən 48 hücum haqqında müraciət daxil olub.
Qiymət Mahir
tag: ABŞ,Tesla,Partlayıcı,Qurğu,Todaypress.az,