Texas hava limanı yaxınlığında avtomobil partladı – 7 yaralı var
ABŞ-nin Texas ştatında hava limanı yaxınlığında baş verən avtomobil partlayışı nəticəsində 7 nəfər xəsarət alıb.
TodayPress xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Məlumata görə, partlayış güclü yanğına səbəb olub və hadisəyə ikinci dərəcəli mürəkkəblik səviyyəsi verilib.
Yanğının söndürülməsi üçün 100-dən çox yanğınsöndürən və 40-dan çox yanğınsöndürmə briqadası səfərbər edilib. Lakin vəziyyətin nəzarət altına alınması üçün bu yetərli olmayıb və yanğının dərəcəsi daha yüksək səviyyəyə qaldırılıb. Bu isə daha çox yanğınsöndürən və texnikanın cəlb edilməsini tələb edib.
Hadisə zamanı yaralanan 7 nəfərdən 4-ü xəstəxanada müalicə alır, 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb. Ölənlər barədə məlumat verilməyib.
Qiymət Mahir
tag: ABŞ,Texas,Hava limanı,Partlayış,Hadisə ,todaypress.az,