Texasda güclü zəlzələ baş verdi

Dünya

15.02.2025 10:20

1388

ABŞ-nin Texas ştatının qərb hissəsində 5,0 bal gücündə zəlzələ qeydə alınıb. 

TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin episentri 118 minə yaxın insanın yaşadığı Odessa şəhərindən 168 km cənub-qərbdə, ocağı isə 8 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Töhfə Səməd

tag: ABŞ,Texas,Avropa,Aralıq dənizi ,Seysmoloji Mərkəz,Odessa ,todaypress.az,