Təyyarə yaşayış binasına çırpıldı: Xəsarət alanlar var
Meksikanın Nayarit ştatının Bahia de Banderas şəhərində təyyarə üçmərtəbəli yaşayış binasına çırpılıb.
TodayPress xəbər verir ki, bu barədə “Tribuna de la Bahia” qəzeti məlumat yayıb.
Texnika naməlum səbəbdən uçuş-enmə zolağından 300 metr aralıda yaşayış binasına çırpılaraq ikiyə bölünüb. Bir hissəsi evin artırmaya, digər hissəsi isə yaxınlıqdakı boş sahəyə düşüb.
Qəza nəticəsində bir kişi və qadın həlak olub.
Yaşayış binasının sakinlərindən birini xilas etmək mümkün olmayıb, üç nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Türkan İsgəndərli
tag: Meksika,Nayarit ,Bahia de Banderas,Təyyarə,Qəza,todaypress.az,