The Economist: Aİ Kiyevə dəstəyi ikiqat artırmalı olacaq
Vaşinqton Kiyevə yardımı dayandırarsa, Avropa İttifaqı (Aİ) ABŞ-nin yardımını kompensasiya etmək üçün Ukraynaya hərbi, maliyyə və humanitar dəstəyini ikiqat artırmağa məcbur olacaq.
TodayPress xəbər verir ki, bu barədə "The Economist" jurnalı məlumat yayıb.
Hesablamalara görə, 2022-ci ilin yanvarından Aİ və onun üzvü olan ölkələr Ukraynaya hərbi, maliyyə və humanitar yardıma 113 milyard avro xərcləyiblər.
ABŞ-nin Kiyevə ayırdığı yardımı əvəz etmək üçün Brüssel bu rəqəmi ÜDM-in 0,4%-nə çatdırmalı olacaq.
Nəşr onu da qeyd edir ki, Aİ müdafiə xərclərini ÜDM-in 4-5%-nə qədər artırarsa, ABŞ-nin dəstəyi olmadan uzunmüddətli perspektivdə müstəqil şəkildə öz müdafiəsini təmin edə biləcək.
Onun sözlərinə görə, Aİ ölkələrinin müdafiəyə cari ümumi xərcləri 325 milyard avro təşkil edir ki, bu da ÜDM-in 1,8%-nə uyğundur.
Lakin NATO-nun hədəf həddi olan 2%-dən aşağıdır.
Töhfə Səməd
tag: Avropa İttifaqı,ABŞ,Ukrayna,Hərbi Dəstək,Todaypress.az,