The Guardian: Trampın qayıdışı ilə Ukraynaya ABŞ yardımı başa çatır

Dünya

15.04.2025 14:25

21

“ABŞ-nin Ukraynaya hərbi dəstək dövrü bitmək üzrədir”.

TodayPress xəbər verir ki, bu barədə “The Guardian” qəzetində dərc olunan məqalədə ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyasında Şərqi Avropa və Ukrayna üzrə Milli Təhlükəsizlik Şurasının direktoru olmuş Devid Şimer yazıb.

O qeyd edib ki, hazırda Kiyevə ayrılmış sonuncu, Bayden dövründə təsdiqlənmiş 1,25 milyard dollarlıq yardım paketi üzrə vəsaitlər tükənmək üzrədir.

Şimerin sözlərinə görə, Donald Trampın yenidən prezidentliyə qayıdışından sonra onun administrasiyası Ukraynaya heç bir yeni yardım paketi təsdiqləməyib.

Müəllif iddia edir ki, Tramp dövründə ABŞ-nin Kiyevə hərbi və maliyyə dəstəyi dayandırılacaq və bu, Ukraynanın müqavimət imkanlarını zəiflədə bilər.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı ölkələrinin ABŞ-ni Ukraynaya yardımın həcminə görə geridə qoyduğu bildirilmişdi.

Qiymət Mahir

tag: ABŞ,Ukrayna,The Guardian, Donald Tramp,todaypress.az,