"The Hill": “Uitkoff danışıqlardan kənarlaşdırılmalıdır”
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakdan dərhal kənarlaşdırılmalıdır.
TodayPress xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.
Nəşrin məqaləsində Uitkoffun mühafizəkar jurnalist Taker Karlsona verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putini dolayısı ilə “təriflədiyi”, Ukraynanın legitimliyini sual altına aldığı və bir sıra “Kremlin ritorikası”na uyğun fikirlər səsləndirdiyi qeyd olunub.
“Uitkoffun açıqlamaları onun istənilən ciddiyə roldan dərhal uzaqlaşdırılmasına səbəb olmalı idi. Bu fikirlər təkcə ideoloji cəhətdən şübhəli deyil, həm də beynəlxalq hüququn əsas prinsiplərini pozur” deyə məqalədə vurğulanıb.
Qeyd edək ki, Uitkoff həmin müsahibəsində ABŞ üçün Ukrayna münaqişəsində əsas məsələnin Rusiyanın nəzarətinə keçən dörd regionun statusu olduğunu demişdi:
“Əsas məsələ bu dörd regiondur. Orada rusdilli əhali yaşayır. Rəy sorğuları və referendumlar göstərdi ki, insanların əksəriyyəti Rusiya yurisdiksiyasında qalmaq istəyir”.
Bu bəyanatlara Avropa İttifaqı (Aİ) tərəfindən də sərt reaksiya verilib. Aİ rəsmiləri Ukraynanın ərazi bütövlüyünə dair şübhəli ritorikanı qəbuledilməz saydıqlarını bəyan ediblər.
Qiymət Mahir
tag: Stiven Uitkoff,ABŞ,Rusiya,Danışıqlar,Todaypress.az,