“TikTok” cərimələnəcək

Dünya

03.04.2025 18:11

2626

Çinin “ByteDance” şirkəti “TikTok” şirkətini Avropa Birliyinin məlumatlarını Çinə ötürdüyünə görə 500 milyon avro cərimə edəcək.   

TodayPress xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.   

Nəşrin sözlərinə görə, cərimənin tətbiqi ilə bağlı qərar aprelin sonuna qədər veriləcək.   

Qeyd edək ki, cərimə İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının qərarı ilə tətbiq olunur.   

Həmçinin bildirilib ki, bu İrlandiya tənzimləyicisi tərəfindən indiyə qədər çıxarılan üçüncü ən böyük cərimə ola bilər.   

Aysel Mətləb

tag: TikTok, Platforma,Cərimə,Çin,Todaypress.az,