"TikTok" videosu çəkəndə öldü
"TikTok" üçün “dezodorant challenge” trend videosu çəkən səkkiz yaşlı qız dünyasını dəyişib.
TodayPress xəbər verir ki, bu barədə "Metropoles" məlumat yayıb.
Bildirilib ki, hadisə Braziliyada baş verib. Dezodorant inhalyasiya (tənəffüs yolu ilə bədənə daxil olması) edən Sara Pereyra adlı qız xəstəxanaya aparılıb.
Ona beyin zədəsi diaqnozu qoyulub.
Üç gün sonra məktəbli qızın ürəyi dayanıb. Ailə polisə şikayət edib.
Türkan İsgəndərli
tag: TikTok,Platforma,Məktəbli,Ölüm,Todaypress.az,