Tokayev: Cənubi Qafqaz və Mərkəzi Asiya üçün yeni imkanlar açılacaq

Dünya

27.03.2025 14:06

1717

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqaz regionunun təhlükəsizliyinin möhkəmlənməsinə və həm Qazaxıstan, həm də bütün Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının fəal inkişafına töhfə verəcək.

TodayPress xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar zamanı bildirib.

K.Tokayev qeyd edib ki, Qazaxıstan iki ölkə arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.

"Bu əlamətdar hadisə Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olmasının müjdəçisi olacaq” deyə o vurğulayıb.

(Report)

tag: Ararat Mirzoyan,Ermənistan,Qazaxıstan,Səfər,Todaypress.az,