Tokio birjası yüksəldi
Tokio fond birjası mayın 2-si artımla bağlanıb.
TodayPress xəbər verir ki, Yapon yeninin ucuzlaşması və Yaponiya ilə ABŞ arasında tarif danışıqlarında irəliləyiş gözləntiləri ixracat yönümlü səhmlərin yüksəlməsinə səbəb olub.
Yaponiyanın əsas indekslərindən olan “Nikkei” 225 cəmi 378,39 bənd və ya 1,04% artaraq 36.830,69 bəndə yüksəlib. Bu, indeksin 28 martdan bəri qeydə alınan ən yüksək səviyyəsidir.
Daha geniş “Topix” indeksi isə 8,34 bənd və ya 0,31% artaraq 2.687,78 bənddə qərarlaşıb.
Bazar iştirakçıları ABŞ-dən qaynaqlanan iqtisadi qeyri-müəyyənlik fonunda Yaponiya Bankının əlavə faiz artımlarına qarşı ehtiyatlı davranacağına ümid edir. Bu səbəbdən dolların məzənnəsi Tokio ticarəti zamanı 145 yen səviyyəsinə qədər möhkəmlənib.
Qiymət Mahir
tag: Tokio,Yaooniya,Birja,Yen,todaypress.az,