Tokio Vaşinqtondan azadolma tələb edir
“Yaponiya ABŞ-nin prezident Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən avtomobil rüsumlarının ləğvini qətiyyətlə tələb edəcək”.
TodayPress xəbər verir ki, bu barədə Yaponiya Baş naziri Siqeru İsiba mətbuat konfransında açıqlama verib.
“Ölkəmizin bu rüsumlardan azad olunmasına qətiyyətlə nail olacağıq” deyə İsiba bildirib.
Baş nazirin sözlərinə görə, ABŞ tariflərinin qüvvəyə minməsi ilə paralel olaraq bütün Yaponiyada sahibkarlar üçün minə yaxın məsləhət mərkəzi fəaliyyətə başlayacaq.
İsiba əlavə edib ki, yeni rüsumların təsirinə məruz qalan yapon şirkətlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək.
Qeyd edək ki, martın 26-da Donald Tramp ABŞ xaricində istehsal olunan bütün avtomobillərə 25 faizlik idxal rüsumu tətbiq olunacağını açıqlayıb.
Əvvəllər qüvvədə olan 2,5 faizlik tariflər də saxlanılacaq ki, bu da yeni rüsumun ümumilikdə 27,5 faiz təşkil etməsi deməkdir.
Qiymət Mahir
tag: ABŞ,Yaponiya,Tariflər,Donald Tramp,Todaypress.az,