Tonqa sahillərində 7,3 bal gücündə zəlzələ baş verdi

Dünya

30.03.2025 17:05

1025

Martın 30-da Qrenviç vaxtı ilə saat 12:18:47-də Tonqanın Pangai şəhərindən 132 km cənub-şərqdə 7,3 bal gücündə zəlzələ qeydə alınıb.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentri 55 km dərinlikdə, 20.60° cənub enliyi və 173.40° qərb uzunluğu koordinatlarında yerləşib.

Təkanların bölgədə hiss olunub-olunmadığı və ya dağıntıların olub-olmadığı barədə hələlik əlavə məlumat verilməyib. Tsunami təhlükəsi ilə bağlı da rəsmi xəbərdarlıq edilməyib.

Qiymət Mahir

tag: Tonqa,ABŞ,Zəlzələ,Fəlakət,todaypress.az,