Toyota özəl versiya təqdim etdi

Dünya

11.04.2025 13:29

12

“Toyota Motor” Yaponiya bazarında məşhur “Crown” modelinin yeni yubiley seriyasını təqdim edib. 

TodayPress xəbər verir ki, bu barədə “Drom.ru” yazıb.

“The 70th” adlanan bu xüsusi komplektasiya 1955-ci ildə təqdim olunan ilk “Crown” sedanının buraxılışının 70 illiyinə həsr olunub. 

Yeni “Crown Crossover The 70th” texniki göstəricilərdən daha çox stilistik fərqlərlə seçilir.

Xarici görünüşündə orijinal dizaynlı, mat qara rəngdə təkər diskləri, həmin tərzdə hazırlanmış emblemlər və yan dekal elementləri diqqət çəkir.

Salon interyerində qırmızı tikişli təbii dəri oturacaqlar, qara metal effektli sükan əlavələri, həmçinin ötürmələr qutusunun seçici düyməsi, avtomobil açarı və göstərici paneli üzərində yerləşdirilən yubiley loqotipləri yer alıb.

Avtomobilin qapısı açıldıqda isə yerə “The 70th” loqosu proyeksiya olunur.

İdman üslubunu vurğulamaq üçün qaz və tormoz pedalları alüminium örtüklərlə təchiz edilib. Avtomobillə birlikdə təqdim olunan istifadəçi kitabçası da xüsusi seriyanın emblemi ilə bəzədilib.

Yaponiyada yeni “Toyota” “Crown Crossover The 70th” modelinin start qiyməti 6 milyon yen təşkil edir. 

Qiymət Mahir

tag: Toyota, Avtomobil, ABŞ, Dünya, todaypress.az,