Tramp: "100-dən çox ölkə sazişə maraqlıdır"
ABŞ prezidenti Donald Tramp bildirib ki, Hindistan, Yaponiya və Cənubi Koreya da daxil olmaqla 100-dən çox ölkə Vaşinqtonla ticarət sazişi imzalamaq istəyir.
TodayPress xəbər verir ki, Tramp bu barədə “NewsNation”a açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ ilə razılaşma imzalamaq istəməyən dövlətlər 30–60 faiz arası rüsum ödəməli olacaqlar.
“Hazırda yüzdən çox ölkə bizə zəng edir, saziş bağlamağa ümid edirlər” deyə Tramp qeyd edib.
O, Cənubi Koreya və Yaponiya ilə danışıqların getdiyini, əvvəllər maraq göstərməyən Hindistanın da artıq saziş üçün müraciət etdiyini vurğulayıb.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Saziş,Ölkə,todaypress.az,