Tramp 2 ölkəni hədələdi

Dünya

11.02.2025 12:33

2664

"İordaniya və Misir Qəzzadan gələn fələstinliləri qəbul etməyə razı olmasa, ABŞ onlara yardımı dayandıracaq".

TodayPress xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə müsahibə verərkən bildirib. 

O, İordaniya və Misirin Qəzzadan fələstinliləri qəbul etməkdən imtinası halında yardımı dayandırıb-dayandırmayacağı haqda sualı cavablandırarkən deyib:  

“Bəli, niyə də olmasın? Razı olmasalar, yəqin ki, yardımı dayandıracağam”. 

Nicat Osman

tag: Misir,Fələstin,Tramp,Yardım,Todaypress.az,