Tramp 2037-ci ilə qədər hakimiyyətdə qala bilər — Sensasion İDDİA

Dünya

30.03.2025 11:50

2607

ABŞ prezidenti Donald Tramp ölkə Konstitusiyasındakı 22-ci düzəlişdəki boşluqdan istifadə edərək 2037-ci ilə qədər hakimiyyətdə qala bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.

Məqalədə bildirilir ki, Tramp vitse-prezident postuna namizədliyini irəli sürə və formal lider kimi tanınan hazırkı vitse-prezident Ceyms Devid Vens prezidentliyə namizəd ola bilər: 

“Andiçmədən sonra Vens istefa verə bilər və bu halda vitse-prezident Tramp avtomatik olaraq prezident vəzifəsini icra etməyə başlayar. Bu sxem bir neçə seçki dövründə təkrarlana bilər”.

ABŞ Konstitusiyasının 22-ci düzəlişi yalnız iki dəfə seçilmiş şəxsin yenidən prezidentliyə namizədliyini yasaqlayır, lakin başqa prezidentin istefası səbəbilə vəzifəyə qayıtma halları ilə bağlı konkret qadağa mövcud deyil.

Xatırladaq ki, Tramp ötən il də üçüncü müddətə namizədliyini irəli sürmək ideyasına açıq olduğunu, əgər “başqa bir çıxış yolu tapmaq mümkün olsa”, bu varianta baxacağını bildirmişdi.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Dünya,Ceyms Devid Vens,todaypress.az,