Tramp ABŞ bayrağını Marsda sancmağa söz verdi
ABŞ prezidenti Donald Tramp ölkəsinin Marsda və ondan kənarda Amerika bayrağını sancacağını bildirib.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV yazıb.
"Biz elmin sərhədsiz üfüqlərini fəth edəcəyik, bəşəriyyəti kosmosa aparacağıq, Mars planetində və hətta ondan uzaqlarda Amerika bayrağını sancacağıq" deyə ABŞ lideri bildirib.
O qeyd edib ki, onun administrasiyası ABŞ-nin aparıcı kosmik dövlət kimi mövqeyini gücləndirməyi planlaşdırır.
tag: Tramp,Mars,NASA,ABŞ,Todaypress.az,