Tramp: “ABŞ Çinlə tarif razılaşması imzalamayacaq”

Dünya

07.04.2025 11:27

16

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Çinlə olan ticarət balansındakı ciddi disbalans aradan qaldırılmayana qədər Vaşinqton Çinlə gömrük tariflərinə dair heç bir razılaşma imzalamayacaq.

TodayPress xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb. 

“Biz Çinlə olan ticarət defisiti məsələsini həll etməliyik. Biz Çin qarşısında yüz milyardlarla dollar itiririk. Bu məsələni yoluna qoymadan hər hansı saziş imzalamaq fikrim yoxdur” deyə Tramp vurğulayıb.

Prezident bazarların gələcək dinamikası ilə bağlı konkret proqnoz verməkdən çəkinib.

Lakin ABŞ iqtisadiyyatının digər ölkələrə nisbətən “daha güclü” olduğunu bildirib: 

“Mən heç bir bazar çökməsi istəmirəm. Amma bəzən bir şeyi düzəltmək üçün dərman qəbul etmək lazım gəlir”.

2024-cü ilin yekunlarına görə, Çin və ABŞ arasındakı ümumi ticarət dövriyyəsi 688,28 milyard dollar təşkil edib.

Çin bu məbləğin 524,66 milyard dollarını ABŞ-yə ixrac edib. ABŞ isə Çinə cəmi 163,62 milyard dollarlıq məhsul göndərib. 

Qiymət Mahir

tag: Tramp,ABŞ,Çin,Tarif,Saziş,Todaypress.az,