Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi
ABŞ milli təhlükəsizliyi təhdid edən
ticarət balanssızlığına görə fövqəladə vəziyyət elan edib.
TodayPress xəbər veirr ki, bu barədə Amerika
prezidenti Donald Tramp bəyan edib.
"Bu təhlükənin mənbəyi ABŞ-dən kənarda, əsas ticarət
tərəfdaşlarının daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki
struktur disbalansındadır. Mən bununla təhlükəyə cavab olaraq milli fövqəladə
vəziyyət elan edirəm".
Tramp deyib ki, ABŞ-nin digər ölkələrlə ticarət
əlaqələrində qarşılıqlılıq yoxdur: "Üstəlik, bu münasibətlər xüsusilə son
illərdə son dərəcə balanssızlaşıb".
tag: Tramp, ABŞ, Fövqəladə,Vəziyyət, Amerika, Ticarət, todaypress.az,