Tramp ABŞ-də külək enerjisi sektorunu iflic etdi
Amerika Birləşmiş Ştatlarının lideri Donald Trampın siyasəti ölkədə külək enerjisi sektorunun iflic olmasına səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Tramp Ağ Evə dönəndən sonra sahil suları və quruda külək elektrik stansiyalarının qurulmasına federal icazələrin verilməsini dayandıran və verilmiş lisenziyaların yenidən nəzərdən keçirilməsi barədə icra fərmanı imzalayıb. Nəşrin bildirdiyinə görə, bu tədbirlərin qəbulundan əvvəl başlanan layihələr üzərində iş davam etsə də, bu sahədə fəaliyyət göstərən şirkətlər gələcəkdə vəziyyətin necə olacağını bilmirlər.
Xüsusilə, Fransanın enerji şirkəti “TotalEnergies” ABŞ-də dəniz külək enerjisi layihələrini dörd il təxirə salıb. Böyük Britaniyanın neft və qaz nəhəngi “Shell” 1 milyard dollar zərər çəkib, Danimarkanın “Orsted” enerji şirkətinin zərəri isə 1,7 milyard dollara çatıb.
Qeyd edək ki, Tramp yanvarın 21-də ABŞ administrasiyasının ölkədə karbonhidrogenlərin hasilatını artırmağa yönəlik tədbirlər alacağını və külək enerjisinin inkişafından imtina edəcəyini açıqlayıb.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Dünya,Enerji,todaypress.az,