Tramp: "ABŞ dünyanın ən güclü silahına malikdir"

Dünya

10.04.2025 10:12

14

Amerika Birləşmiş Ştatları dünyada heç kimin haqqında məlumatı olmadığı ən güclü silaha malikdir.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp mətbuat nümayəndələri ilə görüşü zamanı məlumat verib.

"Bizim heç kimin zərrə qədər təsəvvürü olmayan silahımız var. Bu, dünyada ən güclü silahdır" deyə Tramp vurğulayıb.

Bununla belə o, söhbətin hansı silahdan getdiyini açıqlamayıb.

tag: ABŞ,Tramp,Silah,Ağ ev,Todaypress.az,