Tramp: “ABŞ gündəlik 3 milyard dollar qazanır”
ABŞ prezidenti Donald Tramp ölkəsinin yeni gömrük rüsumları sayəsində gündə 2–3 milyard dollar qazandığını açıqlayıb.
TodayPress xəbər verir ki, prezident bu barədə jurnalistlərlə “Air Force One” təyyarəsində söhbəti zamanı bildirib.
“Rüsumlarla bağlı vəziyyət çox yaxşıdır. İnflyasiya azalır. Amerikalıların daha çox pulu var, ölkənin də pulu artır. Son həftələrdə gündə 2–3 milyard dollar gəlir əldə edirik” deyə Tramp vurğulayıb.
Lakin bu bəyanat beynəlxalq aləmdə birmənalı qarşılanmayıb. “Politico” nəşrinin diplomatik mənbələrə əsaslanan məlumatına görə, ABŞ-nin Asiya-Sakit okean regionundakı və Avropa İttifaqındakı ticarət tərəfdaşları Tramp administrasiyasının rüsum siyasətinin məqsədini anlaya bilmirlər.
Diplomatlar qeyd edirlər ki, Vaşinqtonun motivasiyası və strategiyası qeyri-müəyyən görünür və bu, qlobal ticarət münasibətlərində narahatlıq doğurur.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Rüsum,Qazanc,todaypress.az,