Tramp: “ABŞ həm NATO, həm də ticarət defisitinə pul xərcləyə bilməz”

Dünya

07.04.2025 12:17

13

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar eyni anda həm NATO-nun maliyyələşdirilməsi, həm də xarici ticarət defisiti ilə bağlı böyük xərcləri daşıya bilməz. 

TodayPress xəbər verir ki, bu barədə o, Florida ştatından Vaşinqtona uçarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Tramp mövcud vəziyyəti “ağlasığmaz” adlandırıb: 

“Bu, mümkün deyil. ABŞ ticarətdə 1,9 trilyon dollar itirə bilməz. Biz həm NATO-ya külli miqdarda pul ayırıb Avropa ölkələrini hərbi cəhətdən qorumaqla, həm də eyni anda ticarətdən zərər çəkməklə davam edə bilmərik. Bütün bunlar dəlilikdir və mən məhz bu reallıqlar fonunda prezident seçilmişəm. Biz bu vəziyyəti izah etdik”.

Ticarət tariflərinin inflyasiyaya səbəb olub-olmayacağı ilə bağlı suala cavab verən Tramp inflyasiya riskini ciddi hesab etmədiyini deyib: 

“Mən ilk prezidentlik dövrümdə Çindən yüz milyardlarla dollar əldə etdim. Eyni zamanda digər ölkələrdən də böyük gəlirlərimiz oldu. Amma əsas mənbə Çin idi. O vaxt inflyasiya yox idi. Kimdə inflyasiya vardı? Cozef Baydendə. Bayden dövründə ölkə tarixində ən pis inflyasiya qeydə alındı. Mənim dövrümdə hər şey yaxşı idi. Sonra o gəldi və ölkəmiz üçün hər şey pis oldu”.

Qiymət Mahir

tag: ABŞ,Tramp,NATO,Çin,Todaypress.az,