Tramp ABŞ-ın Qrenlandiyanı ilhaq edəcəyinə inanır
ABŞ prezidenti Donald
Tramp ölkəsinin Danimarkanın tərkibində muxtar ərazi olan Qrenlandiyanı ilhaq
edəcəyinə inanır.
TodayPress xəbər verir
ki, Tramp bunu NATO-nun baş katibi Mark Rutte ilə görüş zamanı deyib.
Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-nın bir hissəsinə çevrilməli olduğunu iddia edib. Danimarkanın adaya nəzarətdən əl çəkməyəcəyi təqdirdə onu yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib.
Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen ABŞ-ın adanı xarici təcavüzdən qoruyacağına razılaşaraq Qrenlandiya Müdafiə Müqaviləsi imzalanıb.
Adada Arktika bölgəsinin raket xəbərdarlığı sistemində və
müşahidəsində rol oynayan ABŞ-nın Pituffik Kosmik Bazası yerləşir.
Aynur TAC
tag: ABŞ, Tramp, Danimarka,Qrenlandiya, NATO, todaypress.az,