Tramp: “ABŞ-nin Kanadanın enerjisinə ehtiyacı yoxdur”

Dünya

11.03.2025 15:03

1353

ABŞ prezidenti Donald Tramp bildirib ki, aprelin 2-dən etibarən Kanadadan idxal olunan avtomobillər, enerji və taxta daxil olmaqla bütün mallara 25% rüsum tətbiq ediləcək. 

TodayPress xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında yazıb. 

“Kanada həmişə tariflərdən istifadə edib, amma ABŞ artıq Kanadanı subsidiyalaşdırmayacaq. Bizə sizin avtomobilləriniz, taxtanız və enerjiniz lazım deyil. Tezliklə bunu anlayacaqsınız. Amerikanı yenidən böyük edəcəyik!”  deyə Tramp bildirib. 

Onun sözlərinə görə, Kanada ABŞ-nin kənd təsərrüfatı məhsullarına 250%-dən 390%-dək rüsum tətbiq edir, lakin buna baxmayaraq, Ontario vilayəti ABŞ-nin Minnesota, Miçiqan və Nyu-York ştatlarına elektrik enerjisi ixracına 25%-lik tarif tətbiq etdiyini elan edib.

Tramp bu addımı cavabsız qoymayacaqlarını vurğulayıb. 

Qiymət Mahir

tag: Tramp,ABŞ,Kanada,Enerji,Todaypress.az,