Tramp: “ABŞ ordusu Panama kanalına cəlb olunmayacaq”

Dünya

03.02.2025 17:28

1878

ABŞ prezidenti Donald Tramp Panama kanalında yaranmış vəziyyətin həlli üçün Amerika ordusunun müdaxiləsinə ehtiyac olmayacağını bildirib.

TodayPress xəbər verir ki, bu barədə Tramp Vaşinqton yaxınlığındakı “Endryus” aviabazasında çıxışı zamanı danışıb.

“Düşünmürəm ki, Panamada qoşunlara ehtiyac olacaq. Panama kanalındakı yazıların 70%-i çin dilindədir. Bu, düzgün deyil. Kanal Çin üçün nəzərdə tutulmamışdı və belə olmamalı idi” deyə o qeyd edib.

ABŞ prezidenti bir daha Çinin Panama kanalına nəzarət etdiyini iddia edib.

“Bu kanal Panamaya səhvən verildi, lakin onlar razılaşmanı pozublar. Ya onu geri alacağıq, ya da çox güc tətbiq edəcəyik” deyə Tramp əlavə edib. Lakin o, detalları açıqlamayıb.

Xatırladaq ki, Tramp yanvarın 20-də keçirilən inauqurasiya nitqində Panama kanalını geri qaytarmaq niyyətində olduğunu açıqlamışdı. O, Vaşinqtonun kanal üzərindəki nəzarətini bərpa etməli olduğunu dəfələrlə vurğulamış və keçid haqqının yüksək olmasını tənqid etmişdi. ABŞ lideri həmçinin 1999-cu ildə kanalın Panamaya verilməsini “əməkdaşlıq jesti” adlandıraraq, bu qərarın güzəşt olmadığını bildirmişdi.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Panama,Vaşinqton ,todaypress.az,