Tramp ABŞ qoşunlarını Meksikaya göndərəcək
ABŞ prezidenti Donald Tramp Meksikada narkotik kartellərinə qarşı mübarizə aparmaq üçün ora Amerika əsgərləri göndərmək istədiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilir ki, Meksikanın prezidenti Klaudiya Şeynbaum bu təklifi rədd edib.
Tramp Şeynbaumun bu qərarını tənqid edərək onun kartellərdən qorxduğunu deyib.
Bu hadisə onların aprel ayında telefon danışığı aparmasından sonra baş verib.
Türkan İsgəndərli
tag: ABŞ,Meksika,Donald Tramp,Ordu,todaypress.az,