Tramp ABŞ qoşunlarının bir hissəsini Almaniyadan çıxarmağı planlaşdırır

Dünya

08.03.2025 09:45

723

ABŞ prezidenti Donald Tramp Almaniyada yerləşən Amerika hərbi qüvvələrinin bir hissəsini çıxararaq Şərqi Avropaya yerləşdirmək variantını nəzərdən keçirir. 

TodayPress xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. 

Bildirilib ki, Tramp təxminən 35 min ABŞ hərbçisini Almaniyadan çıxarmaq niyyətindədir.

Nəşr yazır ki, bu addım ABŞ və Avropa arasındakı münasibətləri daha da gərginləşdirə bilər. Tramp əvvəllər dəfələrlə Avropa ölkələrini öz müdafiə qabiliyyətlərini gücləndirməyə çağırıb. 

Mənbələrə görə, ABŞ prezidenti qoşunların Macarıstana və müdafiə xərcləri üçün ÜDM-nin ən azı 2%-ni ayıran ölkələrə köçürülməsini nəzərdən keçirir.  Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Brayan Hyuz bildirib ki, hələlik bu istiqamətdə rəsmi açıqlama gözlənilmir. 

“Amerika ordusu hər zaman qüvvələrin yerləşdirilməsi ilə bağlı müxtəlif variantları nəzərdən keçirir ki, bu da mövcud təhlükələrə qarşı daha effektiv cavab verməyə imkan yaradır” deyə o, qeyd edib. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,Almaniya,Qoşun,Todaypress.az,