Tramp: “ABŞ Rusiya və Çinin yaxınlaşmasını istəmir”

Dünya

19.03.2025 10:46

702

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Rusiya və Çin arasında daha da yaxınlaşmanı istəmədiyini, lakin hər iki ölkə ilə münasibətləri yaxşılaşdırmağa çalışdığını bildirib. 

TodayPress xəbər verir ki, o, bu fikirləri “Fox News”a müsahibəsində səsləndirib.

“Mən istəmirəm ki, Rusiya və Çin birləşsin” deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, Moskva və Pekin arasındakı dostluq münasibətləri keçmiş prezident Barak Obamanın siyasətinin nəticəsidir.

“Obama həqiqətən də onları birləşməyə məcbur etdi. Bu, onun uğursuz enerji siyasəti səbəbindən baş verdi” deyə ABŞ lideri vurğulayıb.

Tramp əlavə edib ki, Vaşinqton Rusiya və Çinlə əlaqələri normallaşdırmaq niyyətindədir və hər iki ölkənin də ABŞ-lə münasibətləri yaxşılaşdırmaq istədiyinə inandığını bildirib.

Bununla yanaşı, ABŞ lideri Vaşinqtonun artıq Çinlə danışıqlar prosesinə malik olduğunu qeyd edib.

Qiymət Mahir

tag: Tramp,ABŞ,Rusiya,Çin,Todaypress.az,