Tramp ABŞ üçün yeni təhlükə tapdı
ABŞ prezidenti Donald Tramp ölkədən kənarda çəkilən filmləri “milli təhlükəsizliyə təhdid” və “propaqanda aləti” adlandırıb.
TodayPress xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yayımladığı açıqlamada bildirib:
“Kino sənayemiz demək olar ki, dağılıb. Xarici ölkələr rejissorlarımızı və studiyalarımızı ələ keçirməyə çalışır. Bu, məqsədli şəkildə aparılan və təhlükəsizlik üçün təhdid yaradan prosesdir. Biz yenidən Amerikada istehsal olunan filmlər istəyirik!”
Bunun ardınca Tramp ABŞ Ticarət Nazirliyinə ölkəyə gətirilən bütün xarici filmlərə 100 faizlik idxal rüsumu tətbiqi ilə bağlı dərhal prosesə başlamağı tapşırdığını bildirib. O, bu tədbirin “ABŞ-yə qarşı yeni təhdidlərə” cavab olaraq nəzərdə tutulduğunu qeyd edib.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Kino,Təhdid,todaypress.az,