Tramp administrasiyası USAID-nin işçi sayını kəskin azaldacaq
ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyində (USAID) çalışan işçilərin sayını 10 min nəfərdən 294 nəfərə endirməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bu addım nəticəsində USAID-in işçilərinin 97%-i işdən çıxarılacaq. Xüsusilə, agentliyin Afrika bürosunda cəmi 12, Asiya bürosunda isə 8 nəfər işdə qalacaq.
Keçmiş USAID rəhbəri (1993-1999) Con Brayan Etvud bu qərarı “qəbuledilməz” adlandırıb və qeyd edib ki, kütləvi ixtisar agentliyin faktiki olaraq ləğvinə səbəb olacaq.
ABŞ Konqresinin Araşdırma Xidmətinin məlumatına görə, hazırda USAID-nin 10 min əməkdaşının üçdə ikisi ABŞ-dən kənarda fəaliyyət göstərir.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,USAID,Araşdırma,