Tramp administrasiyası yeni miqrasiya qadağaları hazırlayır

Dünya

07.03.2025 12:56

830

ABŞ prezidenti Donald Trampın administrasiyası bəzi ölkələrin vətəndaşlarının ölkəyə girişini qadağan edən yeni siyahı üzərində işləyir. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) hökumət rəsmilərinə istinadən məlumat yayıb.

Məqalədə bildirilir ki, Tramp administrasiyası yeni səyahət qadağasını yekunlaşdırmaq üzrədir və siyahı əvvəlki dövrdəkindən daha geniş olacaq. Mənbələrdən birinin verdiyi məlumata görə, yeni “qırmızı siyahı” əsasən əvvəlki qadağalara məruz qalmış ölkələri əhatə edir.

Bunlara İran, Suriya, Şimali Koreya, Liviya, Somali, Sudan, Yəmən, Kuba və Venesuela daxildir. Digər bir mənbə isə siyahıya Əfqanıstanın da əlavə edilməsinin təklif edildiyini qeyd edib. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,Miqrant,Siyasət,Todaypress.az,