Tramp: Aİ ABŞ-dən enerji alarsa, tariflər təxirə salına bilər
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa İttifaqı (Aİ) Amerika neft və qazını almağa razılaşarsa, Ağ Ev ittifaqa qarşı nəzərdə tutulan idxal tariflərinin tətbiqini təxirə sala bilər.
TodayPress xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
"Aİ ilə 350 milyard dollarlıq ticarət kəsirimiz var. Bunun asan və sürətli həlli yollarından biri onların bizdən enerji almasıdır" deyə Tramp bildirib.
Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə Trampın yenidən prezident seçilməsindən sonra, mümkün ticarət gərginliyinin qarşısını almaq üçün ABŞ-dən daha çox mayeləşdirilmiş təbii qaz alınması ilə bağlı danışıqlara başlamağı təklif edib.
Onun sözlərinə görə, Aİ ABŞ ilə ticarət sahəsində əməkdaşlıq etməyə, ortaq maraqlar axtarmağa və dialoq qurmağa hazırdır.
Aysel Mətləb
tag: ABŞ,Tramp,Avropa İttifaqı,Enerji,Todaypress.az,