Tramp: “Aİ ABŞ-yə düşmənlərdən pis davranıb”
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqını (Aİ) və bəzi müttəfiq dövlətləri kəskin tənqid edib.
TodayPress xəbər verir ki, bu barədə o, “Newsmax” telekanalına verdiyi müsahibədə danışıb.
Trampın sözlərinə görə, Aİ ölkələri son 45 il ərzində ABŞ-yə qarşı ədalətsiz ticarət siyasəti yürüdüb:
“ABŞ zəif və yumşaq olduğu dövrlərdə bu ölkələr bizi soydu. Aİ dostdan çox düşmən kimi davrandı. Əslində çox vaxt özlərini dostlarımız adlandıranlar bizə düşmənlərdən daha betər olur.”
ABŞ lideri Çini də bu sıraya əlavə edərək bildirib ki, oxşar yanaşma Pekin tərəfindən də sərgilənib. Onun fikrincə, məhz bu səbəbdən ABŞ-nin dövlət borcu hazırda 36 trilyon dolları keçib.
Qiymət Mahir
tag: ABŞ,Avropa,Çin,Ticarət,Xarici Borc,Todaypress.az,