Tramp Aİ-ni yenidən qurmaq istəyir
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqını (Aİ) “parçalamaq” və onu yenidən strukturlaşdırmaq istəyir.
TodayPress xəbər verir ki, bu bəyanat “Politico”nun baş məqaləsində yer alıb.
Məqalədə deyilir ki, Tramp ilk prezidentliyi dövründə Aİ-yə qarşı ticarət müharibəsi aparmağa cəhd etsə də, uğur qazana bilməmişdi. Lakin indi o, ABŞ-nin Ukraynaya yardımını dayandırmaqla Avropa blokunda təhlükəsizlik böhranı yaradıb və daxili münaqişələri gücləndirib.
Jurnalistlər Trampın andiçmə mərasiminə yalnız İtaliyanın Baş naziri Corcia Meloni və macarıstanlı həmkarı Viktor Orbanın dəvət edildiyinə diqqət çəkiblər.
Tramp administrasiyasının rəsmiləri Avropa təsisatları ilə əlaqə qurmaqdan çəkinir. Belə ki, ABŞ dövlət katibi Marko Rubionun Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə görüşü son anda ləğv edilib.
"Siqnal aydındır. Tramp Aİ-dən kənarda qalmaq və milli liderlərlə birlikdə "parçala və idarə et" siyasəti yürütmək istəyir" deyə qəzetdə bildirilib.
Aysel Mətləb
tag: Tramp,Avropa İttifaqı,Ukrayna,ABŞ,Todaypress.az,